Misir mətbuatı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son toqquşmalardan yazıb
27 İyul 2015 16:53 SiyasətMisir mətbuatı Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy istiqamətində erməni təxribatının qarşısının alınmasından yazıb. Azərbaycanın Misirdəki səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Misirin "Yaxın Şərq" agentliyi və populyar internet qəzeti "Əl-Yaum Əs-Sabi" azərbaycanlı əsgər Eldar Fətəliyevin şəhid olması barədə xəbər yayıb. Həmin məlumat sözügedən mətbu orqanlara Azərbaycan səfirliyi vasitəsilə ötürülüb.
Xatırladaq ki, Gədəbəydə erməni təxribatının qarşısı alınarkən düşmən 5 nəfər itki verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00