“Əli Kərimli, itlərini ayağına bağla” – XƏBƏRDARLIQ

Ruslan Bəşirli: “Nə mənim başımı ağrıt, nə də öz başını”

"Əli Kərimli növbəti dəfə manqurtlarına məni söymək təlimatı verib". Bu barədə keçmiş AXCP fəalı, "avropa.info" saytının redaktoru Ruslan Bəşirli məlumat yayıb. Dünəndən (iyulun 26-dan) cəbhəçilərin onu sosial şəbəkələrdə təhqir etdiklərini deyən R. Bəşirli, bu təlimatın AXCP sədri Əli Kərimlidən gəldiyini vurğulayıb: "Mən fikirləşirəm ki, doğrudanmı bu adamların içində bir ağıllısı yoxdur ki, bunlara desin, etməyin, eləməyin.Son xəbərdarlığımdır. Cənab Kərimli itlərini ayağına bağla, bilirəm ki, indi məni təhqir edənlər bunu sənin icazən olmadan etmirlər. Nə mənim başımı ağrıt, nə də öz başını. Tərəfdarlarının bir çoxuna məni partiyana "xəyanət" edən adam kimi tanıtmısan. Mən də sadəcə sizlərdən tamamilə uzaqlaşmaq və köhnəni silmək üçün, bu ittihamlara reaksiya verməmişəm. Sənin oyunlarından xilas olduğum üçün özümü çox yaxşı hiss edirəm. Amma, məsələ söyüş həddinə çatdığı üçün, dəhşətli suallarla üzbəüz qala bilərsən. Lütfən, Məmməd İbrahim, nə bilim Nihad Hüseyn kimi gədələrinə təlimat verməyi dayandır. Bu, son xəbərdarlıqdır", - deyə sayt rəhbəri qeyd edib. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00