Dağlıq Qarabağ: Rauf Arifoğlu məsələsi və Əli Kərimlinin profil oğruları

Yerləşdiyimiz regionun ətrafını iqtisadi böhran və imperiyaların bölüşdürmə savaşları ilə əhatələnib. Baş verənlərin yeni iqtisadi - siyasi çərçivəyə girəcəyi xəbərdarlıqların verildiyi vaxt, AXCP üzvləri isə yavaş-yavaş arxivə yuvarlanan Əli Kərimlini diriltmək çabasındadırlar. Cəbhəçilər özləri də bilmədən fəaliyyətlərini bir yöndə - Əli Kərimlinin maddi rifahının daha da yüksəldilməsinə yönəldiblər. Lakin, Əli Kərimli üçün qurulmuş "siyasi lider heykəli" qum üzərində inşa olunub, ən kiçik toxunuşla nəhəng dalğalar böyük okeanın içərisinə çəkəcəklər.

***

AXCP üzvləri və radikal müxalifətin digər nümayəndələri prezident tərəfindən "Əməkdar jurnalist" adına layiq görülmüş jurnalist Rauf Arifoğlu ətrafında açdığı müzakirələrə son qoymurlar. Ən radikal və təhqiramiz fikirlərlə "Yeni Müsavat"ın baş yazarını hədəfə alan cəbhəçilər, onu agentlikdə ittiham edirlər. Bu müzakirələr o zamana təsadüf edir ki, cəbhə xəttində yeni müharibə vəziyyəti yaranıb, Rusiya və Qərb Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qollarını cırmalayıb. Belə bir mühitdə R. Arifoğlu məsələsini "Azadlıq" və "Facebook"un gündəminə daşımaq o deməkdir ki, AXCP və bu simada olanlar üçün dövlət maraqları əhəmiyyətsizdir. Belə bir fikirləri olsaydı, ən azından Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Leyla Yunus qədər cəbhədə gedən döyüşlərdə həlak olan əsgərimiz Cavad Qocayevin şəkillərini də sosial şəbəkələrdə profillərinə qoyub şəhid ailəsinə mənəvi dəstək aksiyası keçirərdilər. Bunu etmirlər, çünki əmr "böyük yer"dəndir, bunu AXCP sədri Əli Kərimli istəmir. Bəs bunun müqabilində Əli Kərimli nə edir? Əlinin altında olan internet oğruları vasitəsilə insanların şəxsi hesablarını ələ keçirərək, "Facebook"dakı səhifəsini "layk" etdirir, şəklinin altından "Əli Kərimli böyük siyasi liderdir" kimi rəylərlə özünü aldadır. Dünyanın və Azərbaycan ətrafının qazan kimi qaynadığı vaxt, bu çabalar o qədər cılız görünür ki,

***

Azərbaycanın siyasi həyatında görünəndən ancaq "xaltura" ilə məşğul olan AXCP sədrinin bu oyunları ona hesablanıb ki, o, dövlət maraqlarını çox ustalıqla pula çevirməyi bacarır və Almaniyadakı bank hesablarına yatırır. Sosial şəbəkə istifadəçiləri arasında ən çox verilən və müzakirəyə çıxarılan suallardan biri budur: "Əli Kərimli Azərbaycandan qaçsa, hansı ölkəyə gedərdi?" İronik olaraq, Hafiz Hacıyevsayağı bu suala "Hollandiya" deyənlər də var. Lakin, Ə. Kərimlinin belə bir imkanı olsaydı, quşqusuz Almaniyaya qaçardı. Adam uzun illərdir, Qərbin QHT sektorundan mənimsədiyi pulları Almaniyadakı banklarına yatırır. Bu gün dalana dirənən kimi cəbhəçilərin ilk üz tutduğu ölkənin Gürcüstan olması da birmənalı deyil. Çünki, Almaniya banklarındakı hesabların əsas köçdüyü banklar Gürcüstanda yerləşir. AXCP sədri bu yolla həm tərəfdaşlarına xaricə üz tutmaq üçün yol xərcliyi verir, həm də müəyyən yollarla Gürcüstandan müəyyən xərcləri üçün pul çəkdirir. Yəni, bütün maddi təminatı yerində olan bir adamın, o cümlədən "səni biabır edəcəyik" şantajı ilə partiya sıralarında saxladığı adamları nəyə görə, Dağlıq Qarabağ, yaxud Cavid Qocayev maraqlandırmalıdır ki?! Maraqlandırmamalıdır, maraqlandırmır da və maraqlandırmayacaq.

***

Siyasi mübarizəni ən əxlaqsız ifadələr və söyüşlərlə aparmaq yolunu seçmiş AXCP və Əli Kərimli üçün Rauf Arifoğlu çox əxlaqlıdır. "Yeni Müsavat"ın baş yazarı hakimiyyət tərəfdarı deyil, heç onun yanında da deyil. Bunu Rauf Arifoğlunun işlətdiyi mətbu orqanda dərc olunan yazılardan görmək olar. Yeri gələndə hakimiyyəti tənqid yolunu seçən "Yeni Müsavat", eyni zamanda iqtidarın dövlətin milli maraqlarını əks etdirən çalışmalarını da işıqlandırır. Əgər bu agentlikdirsə və iqtidara yarınmaqdırsa, o zaman tərəfdarlarını məhrumiyyətlər içərisində yaşatmaq, bağ evlərində qul kimi ilşlətmək müqabilində xarici ölkə banklarına milyonlar yığmaq vicdansızlıq və xəyanətdir. Belə adamlar maddi kor olurlar və ona görə də Dağlıq Qarabağ, Cavid Qocayev və dövlətin həyati əhəmiyyəti digər işlərini görməzlər, ya da görməzlikdən gələrlər. Qandi isə bunu sanki Əli Kərimli üçün deyib: "Bizi məhv edəcək məsələlər bunlardır: Prinsipial siyasət, vicdan üzərindən xətt çəkən əyləncə, işləmədən zənginlik, məlumatlı, amma xaraktersiz adamlar, əxlaqdan məhrum işlər, insan sevgisini alt plana atmış bilgi".




Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00