“Əli Kərimli yanında qalınacaq adam deyil”
Azər Ayxan: “Öz dostları belə bununla yollarını ayırırsa, əlavə nəsə deməyə ehtiyac qalmır”
27 İyul 2015 13:43 SiyasətMənsur Cəfərov (OLAYLAR İA). Əli Kərimli kimi adamı tərk edib hətta iqtidar cəbhəsinə keçməyi belə mən böyük fədakarlıq, millətə nəhəg xidmət sayıram". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə "Yeni Müsavat" qəzeti baş redaktorunun müavini (qardaşı) Azər Ayxan çıxış edib. "Əli onu tərk edən dostlarından niyə qorxur? Son illər Əli Kərimlinin ən yaxın silahdaşları, partiyadaşları olan dostları onu tərk ediblər. Bunların içində iqtidar düşərgəsinə transfer edəni də var, sakitcə bir kənara çəkilib "qonorarını" yeyəni də.Eləsi də var ki, Əli Kərimlidən ayrılıb özünə partiya yaradıb və həmin partiya müxalifətdədir - fəqət konstruktiv müxalifət mövqeyində.Kiçik bir siyahıya baxaq:1. Asim Mollazadə; 2. Qulamhüseyn Əlibəyli; 3. Fuad Mustafayev; 4. Bahəddin Həzi; 5. Asəf Quliyev; 6. Əbülfəz Qurbanlı; 7. Əliməmməd Nuriyev. Siyahını uzatmaq da olar. Amma bununla da kifayətlənək. Bu hələ əsas heyətdən gedənlərin az hissəsidir. Hələ nə qədər orta ranqlı Cəbhə funksioneri, jurnalistlər AXCP-ni və sədri atıb gedib. Onların adlarını yazsaq uzun bir siyahı alınar.İndi fikir verin, Əli Kərimli siyahıda göstərilən şəxslərin adını bircə dəfə pisliyə çəkibmi? Onları satqınlıqda, dönüklükdə, prinsiplərini, partiyalarını, liderlərini, dostlarını satmaqda suçlayıbmı? Siz Asim Mollazadə haqda Azalıq qəzetinin nə vaxtsa mənfi planda nəsə yazdığını görüb-eşitmisizmi? 2013-cü ilin prezident seçkisinə 5 gün qalmış Asəfin müəmmalı və səs-küylü istefasından sonra ona Azadlıq-da "gözün üstə qaşın var" yazan oldumu? Fuad Mustafayevin adını çəkib onu qınayan varmı? Bahəddin Həziyevi yad edən varmı Kərimli cəbhəsində? Ən son istefa verən müavini Əbülfəz Qurbanlı haqda 1 sətrə rast gəldinizmi? Cəmil Həsənli iki dəfə öz partiyasını və liderini satıb getdi, sonra qayıtdı və... Gerisini bilirsiz zatən. Əli məllim niyə bu adamları qınamır, qınatdırmır, söydürmür, mənəvi terrora məruz qoydurmur? Amma bütün işini-gücünü atıb Rauf Arifoğlunu söydürür. Onun barəsində olmazın təhqirlər yazdırır. Ə.Kərimli prinsip peşində deyil, arxadaşlar. Olsaydı yuxarıda adlarını çəkdiyimiz şəxlərin barəsində də heç olmaya ayda 1 məqalə yazdırardı. Amma tam əksidir - keçmiş AXCP-çilər Ə.Kərimli tərəfindən FB-da və Azadlıq qəzetində ciddi şəkildə qorunur. Səbəb? Səbəb maddi nemətlər, pul-para, şəxsi və sair mənfəət. Bir də axı həmin adamlar bunun çox zibillərini bilirlər. Birdən adama qayıdıb elə şeylər yazarlar, deyərlər ki, gərək başını götürüb xaricə qaçasan. Tərs kimi Ə.Kərimliyə iqtidar xarici pasport vermir - ona görə qaçacaq yeri yoxdu, susacaq yeri var. Əli Kərimli kimi adamı tərk edib hətta iqtidar cəbhəsinə keçməyi belə mən böyük fədakarlıq, millətə nəhəg xidmət sayıram.Kərimli yanında qalınacaq adam deyil, vallah deyil. Zatən zaman-zaman bu, isbat olunur. Öz dostları belə bununla yollarını ayırırsa, əlavə nəsə deməyə ehtiyac qalmır", - deyə A. Ayxan qeyd edib.