PA rəsmisi: “Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərlə bağlı ədalətli mövqe gözləyirik”
24 İyul 2015 17:53 Siyasət"Avropa İttifaqının prezidenti Donald Tuskla görüşlərdə əsas müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olub". APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədov bildirib ki, D. Tusk Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəklədiyini bəyan edib: "Biz 20 ildən çox Avropa İttifaqı ilə əməkdaşlıq etmirdik ki, indi də şıltaqlıq edək ki, əməkdaşlıq etmək istəmirik. Ancaq biz Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərlə bağlı ədalətli mövqe gözləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00