“Uorlik dəyişən çoxsaylı amerikalı diplomatlar içərisində ən uğurlu seçimdir” – Politoloq
24 İyul 2015 12:09 Siyasət"Minsk Qrupunda həmsədrlik institutu yarandığı tarixdən bu yana Ceyms Uorlik dəyişən çoxsaylı amerikalı diplomatlar içərisində ən uğurlu seçimdir". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə politoloq Elxan Şahinoğlu çıxış edib. "Amerikalı həmsədr Ceyms Uorlikin analitik qabiliyyətini yüksək qiymətləndirirəm. Son açıqlamalarının əksəriyyəti müharibə ilə birbaşa və dolayısıyla əlaqəlidir. Çünki əlində olan informasiyalardan çıxış edərək bölgədə müharibə riskinin getdikcə artdığını anlayır və bu prosesin qarşısını almaq üçün açıqlamaları ilə hər iki tərəfə yumşaq şəkildə xəbərdarlıq mesajları göndərir. Nə rusiyalı, nə də fransalı həmsədrdən Uorlik qədər fəallıq görmürük və bölgədəki ağır durum onların veclərinə də deyil. Zənnimcə, Minsk Qrupunda həmsədrlik institutu yarandığı tarixdən bu yana Ceyms Uorlik dəyişən çoxsaylı amerikalı diplomatlar içərisində ən uğurlu seçimdir. Ancaq təəssüf ki, Uorlikin fəalığı sülhü yaxınlaşdırmır", - deyə E. Şahinoğlu qeyd edib.