ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində ATƏT-in Minsk qrupuna olan inamını saxlayır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Hoqland deyib. Onun sözlərinə görə, tərəflər bu məsələni qarşılıqlı hörmət əsasında həll etməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00