ABŞ rəsmisi Azərbaycanla münasibətlərdə yaranmış soyuqluğu şərh edib

"Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır". APA-nın verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib. "Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00