ABŞ Dövlət Departamenti: Azərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır
23 İyul 2015 14:51 SiyasətAzərbaycan "İpək yolu" layihəsində vacib rol oynayır. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ABŞ dövlət katibinin köməkçisinin müavini Riçard Hoqland deyib. Onun sözlərinə görə, ticarəti inkişaf etdirmək çox vacibdir: "Bu layihənin böyük perspektivləri var. Bu məsələni Azərbaycanın xarici işlər naziri ilə müzakirə etdim". R.Hoqland qeyd edib ki, Azərbaycan daşınma məsələlərində vacib rol oynayır: "İpək yolu" layihəsinin müzakirəsi gedir, hələ konkret qərar qəbul edilməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00