Ceyms Uorlik: Tərəflər qətiyyət göstərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür
23 İyul 2015 12:02 SiyasətATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və İqor Popovun (Rusiya) bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarovla görüşü keçiriləcək. Trend-in məlumatına əsasən, bu barədə amerikalı həmsədr özünün Tvitter səhifəsində yazıb. C.Uorlik bildirib ki, tərəflər hazırdırlarsa və qətiyyət göstərərlərsə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00