ABŞ və Türkiyə əcnəbi silahlıların Suriyaya axınını dayandırmaq qərarına gəlib
23 İyul 2015 11:01 SiyasətABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.Məlumata əsasən, Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib. "Tərəflər bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər", deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00