Sabiq müsavatçıdan partiya rəhbərlərinə sərt sözlər

“Arif Hacılı getmədikcə, Müsavatdan istefalar davam edəcək”

"Arif Hacılı başqanlıq postunu tərk etmədikcə, Müsavatdan istefalar davam edəcək". "Olaylar"ın məlumatına görə, belə bir fikirlə Müsavat Partiyasının sabiq üzvü Əli Qasımbəyli çıxış edib. "Müsavatın Partiyasının dəyərini heçə endirən Müsavatın "üz qarası", Müsavat tarixinə "qara ləkə" kimi düşən Arif Hacılı hələ də susur. Müsavat Partiyası Böyük öndər Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1911-ci ildə təsis edilib. Partiya indiyəcən 7 qurultay keçirib. Sonuncu qurultay 27.09-2014-cü il tarixində Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında İsa Qəmbərin razılığı, planı əsasında keçirildi və Arif Hacılını öz kreslosunda oturtdu. Çox təəssüf ki, həmin gündən Müsavat Partiyasının qara günləri başladı, nə başladı. Dövrümüzün dəyərli ziyalıları, Müsavatın qaymaqları, dəyərləri və sıravi üzvləri -hansılar ki yeni rəhbərliyə beyət etmədilər, sözün həqiqi mənasında saxtakarlığa qarşı çıxanları, illərini müsavatçılıq və Müsavat Partiyası üçün xərcləyənləri "satqın" damğası vuraraq partiyadan uzaqlaşdırılmağa başlanıldı. "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlu da Müsavat Partiyasından istefa verdi. Qəzetin üzvləri bu anı çoxdan gözləyirdilər", - deyə Ə. Qasımbəyli qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00