“Yeni Müsavat”ın müxbiri İsa Qəmbəri qınadı
“Sənə güvəndiyimiz dağlar...”
22 İyul 2015 15:36 SiyasətMüsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin "Əməkdar jurnalist" adı ilə təltif olunmuş "Yeni Müsavat" qəzetinin baş redaktoru rauf Arifoğlunu təbrik etməməsi, üstəlik baş yazarın ünvanına qınayıcı tərzdə sözlər söyləməsi qəzetin əməkdaşlarını narazı salıb. Müsavat Məclisinin sabiq üzvü, "Yeni Müsavat" müxbiri Elşad Paşasoy facebok sosial şəbəkəsində yazıb: "Belə çıxır jurnalistlərin döyülməsi, həbs olunması, hətta öldürülməsi bəzi siyasət adamları üçün daha faydalıdır, nəinki onların mükafatlandırılması, xoş sözə, münasibətinə layiq görülməsi.Məntiq bunu deyir. Çünki birinci halda daha çox gündəmdə qalmaq, mətbuata qarşı basqılar mövzusundan yararlanıb siyasət qurmaq perspektivi var. Əks təqdirdə bir quruca təbriki çox gördükləri mətbuat işçilərinin mükafatlandırılmasından bu dərəcədə sinirlənməzdilər. Təəssüflər olsun! Sənə güvəndiyimiz dağlar".