Minsk qrupunun həmsədrləri Vyanaya yola düşüb
21 İyul 2015 19:12 SiyasətATƏT-in Minsk qrupunun həmsədrləri Vyanaya yola düşüblər. Trend-in məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb. Onun sözlərinə görə, Vyanada vasitəçilər Minsk qrupunun üzv ölkələrinin nümayəndələri ilə brifinq keçirəcəklər: "Brifinqdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı fikir mübadiləsi aparacağıq. Sonra Bakıya yola düşəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00