Eldəniz Quliyev küçə adamıdır

Milli Şuranın üzvü, "EL" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin sosial şəbəkədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı ilə bağlı yazdığı təhqiramiz status qarşı tərəfin də sərt reaksıyasına səbəb olub. "OLAYLAR"-ın xəbərinə görə,  BAXCP rəsmisi Eldəniz Quliyevi gədə adlandırıb: " Eldəniz Quliyevin naturasında gədəlik var. Baxın, bu adamlar Cəmil Həsənlinin Əli Kərimlinin ətrafında olanlardı. Milli Şuranı təmsil edirlər. Ancaq adı təribiyələri belə yoxdur. Bu "tərbiyə" ilə hələ ziyalılıqdan, demokratıyadan danışırlar. Hakimiyyətə iddia edirlər". Niyaməddin Orduxanlı hesab edir ki, onun Cəmil Həsənlinin mərhum prezident Heydər Əliyev və indiki prezident İlham Əliyev haqqında tərif dolu yazdığı kitabları sosial şəbəkədə yaymasından sonra ciddi narahat olmağa başlayıblar: "Onlar da bu küçə adamı olan Eldəniz Quliyevi qabağa verib, yazı yazdırırlar. Bilirsiniz ki, məhkəmənin qərarı ilə Eldəniz Quliyev bir neçə gün küçə süpürməlidir və hər gün də gedib şəhərin mərkəzi küçələrini süpürür. Yəqin küçə süpürən zamanı zibillikdə it-küçüklə çox ünsüyyətdə olur. Onların xasiyyətini mənimsəyib. Bu da dönüb olub qoca köpək. Ona görə də normal cavab vermək əvəzinə bu cür hürməklə məşğul olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00