“Arif Hacılı Müsavatda özünə yeni "əl qurumu" yaradıb” – Ellada Məmmədli
21 İyul 2015 13:02 Siyasət"Partiya rəhbərliyi Müsavatda özünə yeni "əl qurumu" yaradıb". Müsavat Qadınlar Birliyinə keçirilən seçkilərə münasibət bildirən ADR Hərəkatının sədr müavini Ellada Məmmədli belə bir fikirlə çıxış edib. "İyulun 19-da Musavat rəhbərliyinin iflic etdiyi Qadınlar Birliyinə seçki keçirilib. Kimin sədr seçilməsindən asılı olmayaraq, rəhbərlik özünə "əl qurumu" yaradıb. Demokratiyadan danışanlar demokratik qaydalara əməl etməyərək, alternativsiz seçki keçiriblər.Seçkilərin keçirilməsinə xeyli müddət qalmış tez-tez mənə müraciət edənlər olurdu: Sizcə , seçki neçə nəfərlə keçiriləcək, kim sədr olacaq və s. sözlər soruşulurdu. Hər zaman söyləyirdim, rəhbərliyin göstərişilə , 37 nəfərdən ibarət bir seçki olacaq. Sual olunurdu ,niyə 37 nəfər? İllərin təcrübəsi bu fikri söyləmə əsas verir. Çünki Arif Hacılının yanında olan RT sədrlərinin " işguzarlığı" bu qədərdir. Proqnozum özünü doğrultdu. 37 nəfərlik alternativsiz seçki keçirildi. Mən , 2013 ilin dekabırında yeganə alternativli namizəd kimi Musavat Qadınlar Birliyinin sədri seçilmişəm. Musavat tarixində nümunə olaraq yalnız 3-cü Qadınlar Birliyinin seçkisində 165 qadından 92 nəfərin iştirakı ilə keçilirmiş ümumi yığıncaqda seçicilərin 51 səsini almış sədirəm və bununla fəxr edirəm. Tərəf müqabilim Vəfa Cümşüdlü 37 səs qazanmışdı. Mənim digər seçilmiş namizədlərdən fərqli olaraq, həmin partiyada heç bir qohumum yoxdur. Həmin kürsüyə seçilməyim, demokratik fikirli, fədakar, mübariz xanımların istəyinin reallaşması olub. 3-cü Qadınlar Birliyinin 1il 6 aylıq fəaliyyəti nümunəvi olmuş, keçirdiyi tədbirlər Müsavat tarixinə yazılıb. Təəssüf ki, Arif Hacılı bu qurumu dağılmaq üçün nizamnaməyə uyğun olmayan hərəkətlərilə yaddaşlara həkk olundu", - deyə E. Məmmədli qeyd edib.