Ordumuz döyüşə belə hazırlaşır
Silahlı Qüvvələrdə ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri keçirilir
17 İyul 2015 13:19 SiyasətSilahlı Qüvvələrin qoşun növləri və qismlərində müxtəlif ixtisaslar üzrə intensiv döyüş hazırlığı məşqləri mərhələli surətdə davam edir.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən tank, PDM, aviasiya hissələrində və artilleriya bölmələrində ayrı-ayrı və birgə məşqlər icra olunur.
Dağ və dağətəyi ərazilərdə real döyüş şəraitinə yaxın vəziyyətdə tank birləşmələrinin idarə edilməsi, manevr imkanları, ekipajların praktiki hazırlığı və artilleriya vasitələrinin şərti düşmənin canlı qüvvə və texnikasının cəmləşmə rayonlarına zərbə vurulması məqsədilə top heyətlərinin bacarıq və vərdişləri öyrədilir.