Türk torpaqları hesabına Kürdüstan qurulur
Faiq Ələkbərov: “Kürdüstan ikinci Ermənistan olacaq”
16 İyul 2015 17:06 SiyasətSon vaxtlar Türkiyə istər daxildə, istərsə də beynəlxalq aləmdə, xüsusilə də Yaxın Şərqdə bir sıra sıxıntılarla Suriya problemini qarşılaşmaqdadır. Bir tərəfdən İŞİD təhlükəsi, digər tərəfdən Suriya problemi rəsmi Ankaranı təxirəsalınmaz tədbirlər görməyə məcbur edib. Bu tədbirləri bir hissəsi kimi Türkiyənin Suriya ərazisinə girəcəyi və sərhəddə tampon bölgə yaradacağı bildirilsə də, hələlik bu istiqamətdəki addımlar ləngiyir. Bir çox ekspertlər də hesab edirlər ki, Türkiyənin bu arxayınçılığı istər rəsmi Ankara, istərsə də regionun digər dövlətləri üçün ciddi təhlükə və itkilərə gətirib çıxara bilər.
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, müstəqil ekspert Faiq Ələkbərov da hesab edir ki, rəsmi Ankara vaxt itkisinə yol verməməli, lazımı addımlar atmalıdır: "Artıq Türkiyənin Kərkükə, Hələbə, Azərbaycanın isə Qarabağa sahib çıxma zamanıdır. Türkiyə özündə cəsarət tapıb İraq-Kərkük və Suriya-Hələb türkmənlərinə sahib çıxmalıdır. Türkiyə artıq Birləşmiş Ştatların oyununa gəlməməli, öz dindaşlarının və soydaşlarının harayına çatmalıdır. Türkiyə nə vaxta qədər Qarabağ probleminin arxasında Rusiyanın, Kərkük və Hələb probleminin arxasında isə Birləşmiş Ştatlar və Avropa Birliyinin dayandığını iddia edərək səssiz qalacaqsa, başının üzərindəki təhlükələr də bir o qədər artacaq. Düşünürəm ki, Türkiyə Osmanlı dönəmində onun ərazisi olmuş Kərkük və Hələb üçün addımlar atmağa daha şanslıdır. Özü də bu məsələdə tələsməlidir. Çünkü Amerika Türk torpaqları hesabına Kürdüstan qurmağa başlamışdır. Kürdüstan ikinci Ermənistan kimi olacaq. Necə ki, bu gün Ermənistan Rusya və ABŞ-ın kuklası, yəni oyuncaq dövlətidir, eynisini Kürdüstan üzərindən də edəcəklər. Belə olan halda nə üçün Türkiyə , Türk ordusu öz insanlarına və torpaqlarına dogru getməkdə tərəddüd etsin?! Hər gün xəbər alırıq ki, İraq və Suriyadakı türkmən kənd və qəsəbələri Kürd qüvvələri (YPG, Peşmərgə) tərəfindən boşaldılır. Türkiyə isə səssiz durumdadır". Faiq Ələkbərov bildirib ki, bir zamanlar Rusiyanın birbaşa, Birləşmiş Ştatların isə dolayısı dəstəyilə Ermənistan eyni oyunu Azərbaycanda həyata keçirdi, Dağlıq Qarabag xristian qüvvələrin əlinə keçdi: "O zaman da Türkiyə edə biləcəyi halda, öz mənfəətlərini düşündü. Bu gün isə Türkiyə qonşu dediyi Suriya və İraqda türkmənlərin məhv olmasını kənardan izləyir. Məncə, bu Türk ordusuna yaraşmır". Ekspertin sözlərinə görə, əgər bu gün Birləşmiş Ştatlar və Qərb hansı şərtlər-altında Suriya və İraqdadırsa, Türkiyə də onlardan daha çox haqlı olaraq burada olmalıdır. Türkiyədə bəzən bizləri Qarabağın işğal altında olmasına görə məzzəmət edən, günahlandıran Türklər bəs nədən Kərkükə, Hələbə və başqa Türk diyarlarına sahib çıxmırlar?" Faiq Ələkbərov bildirib ki, Türklük bir bütündür. Ona görə də bütün Türk məmləkətlərinə sahib çıxmaq hər bir Türkün vəzifəsidir. Bu mənada Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan olaraq Uyğurlara, Kərkükə, Qarabağa, Kırıma, Hələbə və başqa Türk yurdlarına hər bir Türk sahib çıxmalıdır".
Füzuli