Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıblar
16 İyul 2015 16:01 SiyasətErmənistanın işğalçı ordusu nəzarət etdikləri Azərbaycan torpaqlarında gecələr yanğın törətməkdə davam edirlər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilər Ağdam şəhərinin xarabalıqlarına və rayonun işğal altında olan Muğanlı, Abdal Gülablı kəndlərinin ərazilərinə, həmçinin həmin istiqamətlərdə yerləşən dağ massivlərində meşə və quru otlaq sahələrinə od vurublar. Sözügedən istiqamətlərdə səhər saatlarınadək güclü alov müşahidə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00