Azərbaycan təyyarələri ermənilərə şok yaşatdı

Azərbaycan HHQ-nin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir. Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru quşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00