“Şimal qonşumuz müstəqilliyimizə göz dikib”

Məlahət Mürşüdlü: “Kimsə imperiya xəyalları ilə yaşayan bu qonşuya “dur” deyəcəkmi””

"Azad, demokratik ölkə üçün Ukrayna hələ çox qan axıdacaq". "Olaylar"ın məlumatına görə, Ukraynanın Lvov şəhərində baş verən terror aktına münasibət bildirən ADR Hərəkatının sədri müavini Məlahət Mürşüdlü belə deyib. "Ukraynanın Lvov şəhərində terror aktının törədilməsi xəbərinə çox üzüldüm. Yaşadığımız, unuda bilmədiyimiz, vandalizmdir. Azərbaycan 20 ildən artıqdır ki, bu acıları yaşayır - 20 Yanvar qətliamı, Qarabağ, Rusiyanın bilavasitə iştirakı ilə əsrin faciəsi Xocalı, erməni terrorları. Minlərlə məmmədlər, aqillər, salatınlar, nadejdalar, romanlar, ramizlər, gültəkinlər, qaratellər şəhid oldu. Azərbaycan büdrədi, amma yıxılmadı, əyildi, amma sınmadı. Bu günlərə gəldi çıxdı. Haqlı olduğumuz halda bu gün də haqq səsimiz eşidilmir. Dünya kar, kor,lal olub elə bil. Şimaldan əsən küləklər zaman-zaman böyük bir fırtınanın qopacağından xəbər verir. Nakam şairimiz Məhəmməd Hadinin təbirincə desək: "Türkün tökülən qanları həpsi hədərmi?" İndi də müstəqilliyimizə göz dikib. Nədən bu bədnam qonşu yaxamızdan əl çəkmir? Kimsə imperiya xəyalları ilə yaşayan bu qonşuya "dur" deyəcəkmi". Suallar çox cavab isə yoxdur . Bax belə!Azad, demokratik ölkə üçün sən hələ nə qədər belə günahsız,qanlar axıdacaqsan, Ukrayna. Buna hazır ol", - deyə M. Mürşüdlü qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00