Rəcəb Tayyib Ərdoğan: “Türkiyədəki koalisiya enerji layihələrinin reallaşdırılmasına təsir etməməlidir”

Türkiyədə koalisiya hökumətinin yaradılması enerji layihələrinin reallaşdırılmasına təsir etməməlidir. Trend-in "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R.T.Ərdoğan qeyd edib ki, koalisiya hökumətinin ölkədə enerji və tikinti layihələrini donduracağından söhbət belə gedə bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00