Dağlıq Qarabağda məskunlaşmış rusiyalı biznesmen German Sterliqov vətəninə qayıdacaq
13 İyul 2015 19:20 SiyasətDağlıq Qarabağda məskunlaşmış rusiyalı biznesmen German Sterliqov Rusiyaya qayıdacaq. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu biznesmenin özü deyib. Rusiyaya iyulun 16-da tək qayıdacağını bildirən G. Sterliqov qeyd edib ki, Rusiya hüquq-mühafizə orqanlarının ona bəzi sualları var. "Erməni dostlarımı "cinayətkarları gizlədirsiniz" tipli ittihamlardan qorumaq üçün gedirəm", - deyə o vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00