KXCP Qurultaya hazırlaşır
13 İyul 2015 18:55 SiyasətKXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqında məlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Mingəçevir və Şamaxı rayon şöbələrində keçirilən yığıncaqlarla bağlı məlumatları dinlənilib. Məlumatlar nəzərə alınıb və yığıncaqların nəticələrin tanınması haqqında qərar qəbul edilib.KXCP rayon şöbələrinin həftə ərzində keçiriləcək konfranslarına QHTK-dən nümayəndələr təyin edilib. Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilib. ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00