Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

İyulun 13-dən 17-dək Almaniyanın Oberamerqau şəhərində "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursu keçirilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 13-dən avqustun 9-dək isə Türkiyənin İstanbul şəhərində  "Açıq dəniz təlimi" keçirilir. Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00