İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
10 İyul 2015 19:48 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00