Andorranın baş naziri Azərbaycana gələcək
7 Aprel 2015 17:48 SiyasətAndorranın baş naziri Antoni Marti aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. DIDK-dən "OLAYLAR"-a daxil olan məlumata görə, Antoni Marti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forum çərçivəsində qlobal problemlərin müzakirəsinə qatılacaq və bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorra hökuməti ilə sıx əməkdaşlıq edir. Belə ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə 2014-cü ilin sentyabr ayında Andorranın paytaxtı Andorra La Vella şəhərində "Avropada etimadın bərpa olunması" mövzusunda beynəlxalq konfrans və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VII toplantısı keçirilib.