“Səudiyyə Ərəbistanı ilə dostluq Azərbaycanda radikallığa yol açmayacaq”

"Azərbaycanın Səudiyyə Ərəbistanı ilə sıx münasibətlər qurmasını tənqid edənlər var". "Olaylar"ın məlumatına görə, politoloq Elxan Şahinoğlu belə bir fikirlə çıxış edib. "Əsas arqument bundan ibarətdir ki, Səudiyyə Ərəbistanı ilə yaxınlaşma və bu ölkədən alınan və alınacaq kreditlər Ər-Riyadın Azərbaycandakı radikal sələfilərə dəstəyini artırmasına münbit şərait yaradır və yaradacaq. Əlbəttə, "belə bir təhlükə yoxdur" demirəm. Ancaq "bütün sələfi terrorçu təşkilatları Səudiyyə Ərəbistanı maliyələşdirir" fikri ilə də razı deyiləm. Məgər həmin radikallar Səudiyyə Ərəbistanın ərazisində az terror əməli törədiblər və ya kral ailəsini Amerikanın köləsi adlandırmayıblarmı? O ki qaldı Səudiyyə Ərəbistanı ilə dostluğun Azərbaycanda radikal sələfiliyin yol açacağı fikirlərinə, Almaniya Ər-Riyadın dostu deyil, bu ölkədən kredit də almır, ancaq Almaniyada radikal sələfilər Azərbaycandakından az deyil və Suriyaya gedən Almaniya vətəndaşlarının sayı da Azərbaycandakılardan xeyli çoxdur. Bir də ki, rəsmi Bakı Səudiyyə Ərəbistanının reaksiyasından çəkinsəydi, sələfilərin Bakıdakı əsas məscidini qapatmazdı" - deyə E.Şahinoğlu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00