ARDNŞ rəhbərinə orden verildi

Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Azərbaycan respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə "Şöhrət" ordeni verib. AzərTAc-ın verdiyi məlumata görə, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında neft sənayesinin inkişafındakı xidmətlərinə görə Rövnəq İbrahim oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00