İlham Əliyev Vladimir Putinə başsağlığı verib
2 Aprel 2015 16:47 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. Başsağlığında deyilir: "Oxot dənizində "Dalniy Vostok" traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00