3 ölkənin müdafiə nazirləri görüşəcək

Bu gün Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçiriləcək. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisi şəhərinə yola düşüb. Müdafiə nazirlərinin əvvəlcə üçtərəfli, sonra isə ikitərəfli formatda görüşləri nəzərdə tutulub. Üçtərəfli formatda keçirilən növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00