Həmsədrlər obyektiv münasibət ortaya qoymalıdırlar

"Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsini müzakirə etməsi normal haldır. Bu, onların vasitəçi olaraq bir vəzifəsidir. Amma həmsədrlər münaqişə ilə bağlı vəziyyəti müzakirə etməklə kifayətlənməli deyillər". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına hakim partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Sevinc Fətəliyeva səsləndirib. Bildirib ki, həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Onun sözlərinə görə, problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamsının əsas  səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00