KXCP-dən iqtidar-müxalifət dialoquna dəstək

KXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğunqərarlar qəbul edilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlunun ictimai-siyasi vəziyyətlə bağlı çıxış dinlənilib. M.Mirəlioğlu çıxışında Türkiyənin Millətçi Hərəkat Partiyasının iştirak etdiyi Qurultayı haqqında məlumat verib. Məlumat nəzərə alınıb və çıxış ətrafında müzakirələr aparılıb. Hakimiyyətlə müxalifət partiyalarının görüşlərinin davam etdirilməsi müsbət hal kimi dəyrləndirilib. Yığıncaqda partiya orqanlarının gördüyü işlər haqqında məlumat verilib və cari məsələlər müzakirə edilib. Həmçinin KXCP Zona Əlaqələndirmə Komitələrinin (ZƏK) partiyanın sədri və digər rəhbər şəxslərinin iştirakı ilə Lənkəran, Quba və İsmayıllıda keçirilmiş yığıncaqları ilə bağlı məlumatlar dinlənilib, rayon şöbələrinin konfranslara və seçkilərə hazırlıq işləri müzakirə edilib. Yığıncaq KXCP ZƏK-lərinintoplantılarını aprelin birinci yarısında başa çatdırmağı və aprelin 19-da KXCP Ali Məclisinin nöbətisessiyasının keçirilməsi haqqında qərar qəbul edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00