Malena Mard: "Dağlıq Qarabağ münaqişəsində status-kvo Avropa İttifaqı üçün qəbuledilməzdir"
1 Aprel 2015 15:15 SiyasətDağlıq Qarabağ münaqişəsində olan hazırkı status-kvo vəziyyəti Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O qeyd edib ki, Aİ ölkələrin ərazi bütövlüyü prinsipinə böyük diqqət ayırır. "Aİ Azərbaycanın suverenitetini və ərazi bütövlüyünü dəstəkləyir və bu, 1996-cı ildə tərəflər arasında imzalanmış sazişdə yer alıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz onun fəaliyyətini dəstəkləyirik", - deyə Malena Mard vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00