Dünyada erməni yalanları ifşa olunur

"Ermənilər tarix boyu xalqımıza qarşı qətliamlar törədiblər. 1918-ci ilin mart hadisələri də azərbaycanlılara qarşı soyqırım siyasətinin tərkib hissəsidir". "OLAYLAR"-ın xəbərinə görə,  bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Fuad Muradov deyib. Bildirib ki, 1992-ci ilin fevral ayında törədilmiş Xocalı qətliamı da bəşəriyyətə qarşı cinayətdir. Onun sözlərinə görə, müasir dünyanın gözü qarşısında bu soyqırımın törədilməsi ermənilərin mahiyyətini ortaya qoyur: "Azərbaycan dövləti, cəmiyyəti soyqırımı həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində sistemli iş aparır. Beynəlxalq birlik bu məsələlərdə obyektiv olmalı, azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır. Ermənilər uydurma "soyqırımı" təbliğ etməklə məşğuldur. Amma real faktlar göz önündədir. Ona görə də, artıq dünyada erməni yalanları ifşa olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00