Fransa səfiri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud “status-kvo” qəbuledilməzdir”

"Fransa Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından narahatdır. Biz prezidentlərin Paris görüşündən və göstərilən səylərdən sonra vəziyyətin pisləşməməsi üçün əlimizdən gələni əsirgəmirik". APA-nın məlumatına görə, bunu "Armenpress"ə müsahibəsində Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye deyib. O bildirib ki, nizamlanma prosesinə şəxsən Fransa prezidenti Fransua Olland cəlb olunub. "Əminik ki, razılaşdırılmış qərarlar və qlobal saziş kontekstində 3 əsas Madrid prinsipinə əməl olunmalıdır. Status-kvo qəbuledilməzdir", - deyə səfir vurğulayıb. Diplomat qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri problemin nizamlanması yollarını yalnız münaqişə tərəfləri və regionda marağı olan digər dövlətlərin nümayəndələri ilə görüşlərin nəticəsi kimi görürlər: "Rusiya və ABŞ-la birlikdə vasitəçilik missiyamızı davam etdiririk. Lakin Ermənistan prezidenti Serj Sarkisyanın Avronest sammitində bəyan etdiyi kimi münaqişənin həllinin açarı İrəvan və Bakıdadır. Biz yalnız vasitəçiyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00