Zərdab rayon icra başçısının birinci müavini oğlunun əməllərinə görə vəzifəsindən azad edildi
31 Mart 2015 14:23 SiyasətZərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilirdi ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmiişdi. Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00