Qarabağla bağlı dönüş olacaq
Ceyms Uorlik: "Qarabağ probleminin həllini prioritet etməliyik"
31 Mart 2015 14:06 SiyasətABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Ceyms Uorlik bu gün Vyanaya gəlib. ANS PRESS-in məlumatına görə, o, bu barədə Twitter səhifəsində yazıb. O, Ermənistan və Azərbaycan Silahlı qüvvələrinin təmas xəttində baş verən son hadisələr, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yenilənmiş vasitəçilik səyləri haqqında Minsk qrupu rəhbərliyinə məlumat verəcək. C.Uorlik bildirib: "Mən bu gün zorakılıq və vasitəçilik üzrə yenilənmiş səylər haqqında ATƏT-in Minsk qrupuna məlumat vermək üçün Vyanadayam. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını prioritet etməliyik."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00