BAXCP-dən Cəmil Həsənliyə sərt cavab

Elçin Mirzəbəyli: “Qüdrət Həsənquliyev konkret faktları sadalayıb”

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli Milli Şuranın martın 15-də keçirdiyi aksiya ilə bağlı məsələyə münasibət bildirib. E.Mirzəbəyli BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Şuraya mitinqdə az sayda kütlənin dəstək verəcəyi ilə bağlı fikirlərinin təsdiqinin tapdığını deyib. O, aksiyasından sonra MŞ-ın himayəsində olan mətbuat orqanlarında Qüdrət Həsənquliyevin ünvanına səsləndirilən böhtan xarakterli mülahizələrlə bağlı sualını da cavablandırıb: "Cavabını tapmamış başqa bir sual: Mövcud iqtidarın və Əliyevlər ailəsinin üzvlərinin verdiyi pulla tarix yazan bu "araşdırmaçı-alim" öz kitabında açıq və qabarıq şəkildə qeyd edib ki, "İlham Əliyevin liderliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib". Bu belədir, ya yox?! BAXCP sədri deyib ki, bu insan, yəni Cəmil Həsənli vaxtilə mandata görə Əli Kərimlidən və AXCP-dən imtina edib. Bu belədir, ya yox?! Arqumentsizlikdən doğan böhtançılıq "Milli Şura" sözünün arxasında gizlənib millətin mənafeyinə zidd siyasət yürüdən bu insanların xroniki xüsusiyyətidir. Göründüyü kimi, Qüdrət Həsənquliyev konkret faktları sadalayıb və indi tamamilə əks mövqe nümayiş etdirən Cəmil Həsənlidən yaxın tarixdə sərgilədiyi mövqe ilə bağlı cavab istəyib. Əvəzində isə böhtanla qarşılaşıb. Çünki bu faktlara söykənən suallara yalnız təsdiqləyici cavab vermək olar ki, buna da Cəmil Həsənlinin cəsarəti çatmaz. BAXCP sədri Milli Şuranın aksiyasının əhali tərəfindən dəstəklənməyəcəyini deyəndə də məhz bu məqamları nəzərə almışdı". Elçin Mirzəbəyli böhtan, iftiranın acizlərin nəsibi olduğunu vurğulayıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00