BMT baş katibi Azərbaycana gəlir
13 Mart 2015 16:37 SiyasətBMT-nin sabiq baş katibi Butros Butros Qali bu ilin aprel ayında Bakıya gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, səfərin məqsədi DİDK-in dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Qeyd edək ki, 2014-cü ilin sentyabrında Butros Butros Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təsisi edilmiş Nizami Gəncəvi mükafatı ilə təltif olunub. Misirli diplomat Butros Butros Qali 1992-1996-cı Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00