İlham Əliyev AŞ PA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib
13 Mart 2015 13:39 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00