Uorlik: “Minskdә görüş çox faydalı oldu”

"Minskdә Dağlıq Qarabağ münaqişәsinin tәnzimlәnmәsi istiqamәtindә görüş çox faydalı oldu". APA-nın mәlumatına görә, bunu ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" sәhifәsindә yazıb. Diplomat Minsk qrupunun bütün üzvlәri ilә işlәmәyi sәbirsizliklә gözlәdiklərini də qeyd eüdib. Xatırladaq ki, ötәn gün Belarusda ATӘT-in Minsk qrupunun hәmsәdrlәri Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә tәnzimlәnmәsi istiqamәtindә müzakirәlәr aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00