Uorlikdən Qarabağ tviti (FOTO)

"Münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu"

 ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Minskdә Dağlıq Qarabağ münaqişәsini müzakirә ediblәr.ANS PRESS-in mәlumatına görә, bu barәdә ATƏT-in MİNSK qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" hesabında yazıb."Minskdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində faydalı görüş oldu. Biz, ATƏT-in Minsk qrupunun bütün üzvləri işləmək üçün səbrsizliklə gözləyirik", - deyə Ceyms Uorlik bildirib.Amerikalı həmsədr sosial şəbəkədəki səhifəsində görüşü əks etdirən foto şəkil də paylaşıb.Xatırladaq ki, Belarus ATӘT-in Minsk qrupuna üzv ölkәlәrdәn biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00