Leyla Əliyevadan uşaq evlərinə Novruz hədiyyəsi
12 Mart 2015 12:29 SiyasətNovruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı bir sıra uşaq evlərinin sakinləri ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, Şağan qəsəbəsindəki 3 nömrəli internat evinə gələn Leyla Əliyeva əvvəlcə müəssisənin foyesində uşaqların əl işlərindən ibarət sərgiyə baxıb. Heydər Əliyev Fondunun vitse-prezidenti internat evində yaradılan şəraitlə tanış olub, burada yaşayan 168 uşağın təlim-tərbiyəsi ilə maraqlanıb. Bildirilib ki, internat evi Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Heydər Əliyev Fondunun vitse-prezidenti Nizami rayonundakı Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində, paytaxt rayonlarında olan bir sıra uşaq evlərində də olub. Uşaq evlərinin sakinlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim olunub.