Deputatımız AŞ PA-nın komitə iclaslna qatılacaq
11 Mart 2015 14:11 SiyasətMartın 11-də və 12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək. MM-dən verilən məlumata görə, iclaslarda Avropada uşaqların təhsil hüququ, din və dini ayinlərin azadlığı, kiberterrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi, Avropa Şurası ölkələrinin məhkəmə sistemlərindəki korrupsiya ilə mübarizə, inzibati həbs anlayışının hüquqi baxımdan təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00