İsveç Parlamentinə müraciət edilib
27 Fevral 2015 13:56 SiyasətAzərbaycan Federasiyası-İsveç Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar burada yaşayan soydaşlarımız adından İsveç Parlamentinə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən müraciət ünvanlayıb. "OLAYLAR"-ın xəbərinə görə, müraciətdə Xocalı soyqırımdan 23 il keçməsinə baxmayaraq bu illər ərzində İsveç dövlətində və cəmiyyətində bu haqda məsələ qaldırılmadığı, İsveç hökumətinin bu soyqırıma dair mövqe bildirmədiyi vurğulanıb. Sənəddə həmçinin Azərbaycan Federasiyası-İsveç Parlamentə müraciət edərək 1992-ci il 26 fevral tarixində baş verən qətliamın azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi tanınmasını, həmçinin Azərbaycanın bir milyon qaçqın və köçkünün öz evlərinə qayıtması üçün Ermənistana qarşı sanksiyalar qəbul edilməsi tələb olunub.