BMT-nin qarşısında aksiya keçirilib
27 Fevral 2015 13:55 SiyasətAzərbaycan Nyu-York Assosiasiyası və digər Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri Xocalıda günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar olaraq Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında toplaşıblar. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, mitinq daha sonra BMT-nin mənzil qərargahı önündə davam edib. Nümaəndələr tərəfindən "Xocalı Soyqırımı 20-ci əsr bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir", Xocalıya Ədalət", "Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq", "Soyqırımı unutma" və s. kimi şüarlar səsləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00