Müxalifətin tərəzi zehniyyətli funksionerləri

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının Tovuz təşkilatının elliklə AXCP-yə keçməsinə laqeyd münasibəti ciddi tənqidlərə əsas yaradıb. Avropada yaşayan sabiq müsavatçı, jurnalist Elbəyi Həsənli Gülağa Aslanlının sərt tənqid edib, yazıb ki, onun yeri siyasət yox, biznesdir. Qeyd edək ki, Gülağa Aslanlı deyib ki, Müsavat Partiyasının Tovuz rayon təşkilatının bir qrup sabiq üzvünün Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulması bizi maraqlandırmır. Jurnalistin sözlərində həqiqət var. Siyasətçi belə deməməlidir. Necə yəni bizi maraqlandırmır? Partiyanın bütöv rayon təşkilatı, haradasa 45-50 aktiv siyasi fəal başqa partiyaya keçib. Bu itkidir. Partiya funksioneri ən azı heyfslənməli, diplomatik dildə "onlar dəyəli silahdaşlarımız idi, getmələrinə üzüldük, ancaq gələcək siyasi fəaliyyətlərində uğurlar arzu edirik". 90-cı illərin siyasətçiləri bu ağızla danışardı. Çünki o zaman siyasət vardı, müxalifət partiyaları güclü idi. O zamanın siyasətçilərti düşündüklərini deməzdilər. Ancaq indi nə düşünürlərsə, deyirlər. Bu, siyasətin deqradasiyasıdır. Bu proses bütün müxalifət partiyalarını əhatə edir. Təkcə Müsavat deyil. AXCP-də də eyni proseslər yaşanır. Mənəvi deqradsiya o həddədir ki, illərini partiyaya vermiş adam səhhəti və ya ailə durumu ilə bağlı partiyadan çıxanda barəsində ciddi ittihamlar səslənir. Adamı sərt ritorika ilə tənqid edir, barəsində olmazın ittihamlar səsləndirirlər.
Gülağa Aslanlının söylədiyi fikirlər, göstədiyi laqeydlik təkcə onun naşılığı ilə bağlama düzgün olmazdı. Adi bir biznesmenin partiya funksionerinə çevrilməsi müxalifətin düşdüyü durumun göstəricisidir.  Hazırki müxalifət partiyalarını biznes təfəkkürlü, tərəzi zehniyyətli insanlar idarə edir. Yaranmış durum da onların suçudur. Son 5-6 ildə müxalifət partiyalarını nüfuzlu ziyalılar, icitimai rəydə hörməti olan insanlar tərk edib. Onların yerini gənclər, sədrə yaxınlığı ilə seçilən şəxslər tutub. Gülağa Aslanlı, Elman Fəttah, Səxavət Soltanlı (Müsavat), Natiq Güləhmədoğlu, Kərim Mehdiyev (AXCP) məhz belə fiqurlardandır. Elman Fəttahın başqan müavini qoyulması hamıya bəllidir ki, hansı səbəbdən olub. Maddi imkanı yaxşı olan Elman öz şəxsi avtomobili ilə məhbus müsavatçıların ailələrinə dəstək verib, özlərinə pay aparıb. Bu adam siyasi fiqur deyil. Partiya ieyarxiyasında yalnız maddi imkanları hesabına irəliləyib. Gülağa Aslanlı da həmçinin. Səxavət Soltanlı isə facebookda aktiv olub, İsa Qəmbərin, Arif Hacılının yazdıqlarını layk edib, şərh yazıb. Natiq Güləhmədoğlu Əli Kərimlinin rəqiblərinə qarşı çox amansız olub. Onun ayrı-ayrı adamlara qarşı apardığı qara piarın tək məqsədi Əli Kərimlini ana müxalifət lideri etmək olub. Bu "fədakar" adamlar siyasətdə heç bir iz qoymurlar. Əksinə, mənəvi deqradasiyaya xidmət etmiş olurlar. Nəticədə heç kim qazanmır, cəmiyyət də, partiyalar da ititir. Müxalifətin dəyişməsi gərəkən xüsusiyyətlərindən biri də bu yuxarıda göstərilən qüsurlardır.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00