Əli Kərimli tənqidə dözümsüzdür
27 Fevral 2015 12:39 Siyasət"AXCP sədri Əli Kərimli status yazıb. Yazdığı yazıya münasibətimi bildirdim. Yazımda Əli Kərimliyə yumşaq tənqidlər də var idi və kommentim silindi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev səsləndirib. O, bildirib ki, bu adamlar statuslarda belə tənqidə dözümsüzdülər: "İndi təsəvvür edin bu düşüncə sahibləri ölkədə söz sahibi olsalar onları sadəcə kommentdə tənqid etdiklərinə görə insanları hansı duruma salarlar. Demokratiyadan danışanların "demokratiya" anlayışı budur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00