Konqresmen Rayn Zinke ABŞ Konqresində Xocalı Faciəsi ilə bağlı bəyanat verdi
27 Fevral 2015 11:40 Siyasət26 fevral 2015-ci il tarixində Montana ştatından olan ABŞ Konqresmeni Rayn Zinke Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib. Konqresmen Zinke Xocalı faciəsinin real miqyasını kiçildilməsi cəhdlərinə baxmayaraq, 1992-ci ilin 26 fevralında həyata keçirilən qətliamda 613 silahsız azərbaycanlının öldürüldüyünü bildirib. Eyni zamanda, Konqresmen Azərbaycan və ABŞ-ın yaxın münasibətlərini, eləcə də Azərbaycanın Əfqanıstanda həyata keçirilən əməliyyatlara əhəmiyyətli töhfəsini xüsusi qeyd edib. O, belə bir gündə ABŞ-ın müttəfiqi olan Azərbaycanın faciəsinin tanınmasının vacib olduğunu vurğulayıb. Konqresmen Zinke 25 fevral tarixində Xocalı Faciəsinin 23-cü ildönümü münasibətilə ABŞ Konqresində keçirilən anma mərasimində iştirak edib və nitq söyləyib. Eyni gündə Kaliforniyadan olan Konqres üzvü Cudi Çu çıxış edərək, Ermənistanın təcavüzkar siyasətini dəstəkləyən çıxış etsə də, Konqresmen Zinkenin bəyanatı sayəsində Konqres üzvlərinə reallığı əks etdirən məlumatlar çatdırılıb.